DOKTORTİME

PROFESSİONAL ELMİ-TİBBİ PLATFORMA

Hepatit A Xəstəliyi Təhlükəlidirmi?

Hepatit A xəstəliyi qədim tarixə malik olan xəstəliklərdəndir. Bu xəstəliyi Hippokrat ilk dəfə təsvir edib.

Hepatit A xəstəliyi pikornavirus sinfindən olan RNT tərkibli hepatit A virusu tərəfindən törədilir. İlk dəfə 1979-cu ildə izolə edilmişdir.

Hepatit A dünyada geniş şəkildə yayılmışdır. Özellikle Orta ve Güney Amerika, Afrika, Orta şərq, Asya ve Batı Pasifik bölgesinde yayqın olarak endemiktir.

17- və 18-ci əsrlərdə əsgəri kamplarda alovlanmaları müşahidə edilmişdir. Vaksin 1995-ci ildə istifadəyə verilib.

Hepatit A virusu ətraf mühitdə aylarla sağ qala bilir. Aşağı temperaturda və buzlu ortamda uzun müddət yaşayır. 85 dərəcə selsidən yüksək temperaturlarda məhv olur.

Hepatit A virus infeksiyası əsasən çirklənmiş yeyəcək veya suyun tükətilməsi ya da xəstə şəxslə temas yoluyla fekal-oral yolla yoluxur. Kütləvi yoluxmalar müəyyən bir kənd və qəsəbələrdə su vasitəsilə baş verir. Su vasitəsilə baş verən alovlanmalar inkişaf etmiş ölkələrdə seyrək görülür və əsas olaraq kanalizasiya sistemi ilə çirklənmiş veya yaxşı təmizlənməmiş su ilə əlaqəlidir.

Hepatit A virusu tüpürcəkdə aşkar olunur, ancaq ağız suyu ilə yoluxma sübut olunmamışdır. Yəni xəstə şəxslərin digərlərini öpməsi ilə yoluxma baş vermir.

Təbii mənbəyi insandır. Heyvanlarda və digər canlılarda rast gəlinmir.

Virusun xaric olunması 1-3 həftə boyunca devam edir. İnfeksiyaya yoluxmuş şəxslərin virusu xəstəliyin başlanmasından 1-2 həftə əvvəl, nəcisdə bu virusun konsentrasiyası ən yüksək olduğu zaman ötürmə ehtimalı yüksəkdir. Daha sonra risk azalır və simptomların başlanmasından bir həftə sonra minimal olur.

Virus infeksiyadan 10-12 gün sonra qanda və nəcisdə aşkar olunur

Virusun ifrazı simptomların başlanmasından sonra 2-3 həftəyə qədər davam edə bilər. Klinik xəstəlik halı 2 ay davam edir. Nadir hallarda 6 aya qədər çəkir.

Hepatit A uşaqlar üçün qorxulu sayılmır. Hətta 6 yaşa qədər uşaqlarda simptomsuz gedir. 6 yaşdan böyüklərdə 70% hallarda simptomatikdir.

Simptomları Qızdırma, halsızlıq, İştahsızlıq, ürəkbulanma, Qusma, Sarılıq, qarın nahiyəsində ağrı və ishaldan ibarətdir.

 

Diaqnozu

Diaqnozun qoyulması qan analizi ilə əsasən xəstəliyin antitellərini aşkar etməklə, bəzi hallarda isə polimeraz zəncirvarı reaksiya ilə qoyulur.

Vaksin ilk dəfə ABŞ-da 1995-ci ildə istifadə olunmağa başlayıb.

Yüksek immünogenikdir.

Yetkin şəxslərdə tək doza vaksin %95’in üzərində 4 həftə ərzində effektiv qoruyucu antitel yaradır.

Uşaqların 97%-i tək doza vaksindən sonra 1 ay ərzində möhkəm immunitet əldə edir.

 

Müalicəsi:

Spesifik müalicəsi yoxdur. Simtomatik müalicələr aparılır. Qızdırmasalıcı, vitaminlər, bol maye qəbulu və s. Müalicə xəstələrin simptomlarını aradan qaldırmağa, qusma və ishal səbəbiylə itirilən mayeni bərpa etməyə yönəlir.

Burada əsas məsələ artıq dərmanlardan qaçınmaqdır. Dərmanların bir çoxu qaraciyərdə metobolizə olunduğundan iltihablı qaraciyərin yükünü biraz da artırır. Parasetamol və qusma əleyhinə dərmanlar qaraciyərə ziyanlı olduğundan verilməməlidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir