Şirniyyat yemənin 7 zərəri

Şirniyyatı hər kəs çox sevir. Dövrümüzdə şirniyyat sənayesinin inkişaf etməsi marketlərdə çox müxtəlif şirniyyat məhsullarının meydana çıxmasına səbəb oldu. Bu həm də şirniyyat məhsullarının keyfiyyətinin azalması ilə yanaşı qiymətinin də ucuzlaşmasına gətirib çıxardı. Beləliklə bu məhsulların əlçatan olması onların istehlakını da artırdı. Şirniyyatları çox yemək bir çox xəstəliklərə səbəb ola bilər. Şirniyyat ilk növbədə piylənməyə səbəb olur. Şirniyyatın digər əsas təsiri şəkərli diabet riskini artırmasıdır. Şirniyyat həm də əhval ruhiyyəni pisləşdirir, bağırsaq disbakteriozuna və qəbizliyə səbəb olur. Şirniyyatın ən təhlükəli təsiri isə ürək-damar sisteminədir. Karbohidratların çox yeyilməsi ürək xəstəlikləri riskini artırır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir