DOKTORTİME

PROFESSİONAL ELMİ-TİBBİ PLATFORMA

HAQQIMIZDA

DoktorTime elmlə tibbin vəhdətini yaradan bir platformadır. Burada həm youtube səhifəmizdəki aktual olan xəstəliklər və tibbi maarifləndirici videoları həm də ən son tibbi və elmi xəbərləri görə biləcəksiniz. Youtube səhifəmizə üzv olmaqla maraqlı videoları qaçırmamaq şansı əldə edə bilərsiniz.

Bu Site Doktor Mərdan Əliyev tərəfindən hazırlanmışdır. Burada ancaq sübutlu və araşdırmalarla təstiq olunmuş informasiyaları görə bilərsiniz.

Digər saytlarımız

Hepatit.az

Yoluxucuxestelikler.com

Biz Kimik:

Dr. Mərdan Əliyev 2003’cü ildə 612.4 balla Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsinə daxil olmuşdur. Universiteti Müvəffəqiyyətlə bitirib 2009-2010’cu illərdə Yoluxucu Xəstəliklər ixtisası üzrə internatura kursu keçmiş, Türkiyədə ixtisaslaşmışdır. 2011’ci ildə Hərbi Həkim kursunu uğurla bitirib Tibb Xidməti Leytenantı dərəcəsi almışdır. 2011-2013’cü illərdə Silahlı Qüvvələrin Ön Xəttə yerləşən N saylı Hərbi Hissəsində (Tovuz rayonu) Hərbi Həkim vəzifəsində çalışmışdır. 2013’cü ildən Şamaxı Müalicə Diaqnostika Mərkəzində, 2016’cı ildən Bakı şəhərində Medikus Klinikasında çalışır. Ölkə daxilində və xaricində bir çox kurslarda olmuşdur. Azərbaycanda virus hepatitləri, o cümlədən hepatit b və hepatit c infeksion xəstəliklərini yeni, düz təsirli antiviral dərmanlarla müalicə edən ilk həkimlərdəndir. Virus Hepatitləri və digər İnfeksion Xəstəliklər sahəsində müxtəlif araşdırmalar aparır və onların müasir müayinə və müalicəsi ilə məşğul olur. Yoluxucu xəstəliklər və qaraciyər xəstəlikləri üzrə mütəxəssisdir. Türkiyə Hepatitlərlə Savaşım Dərnəyinin, Avropa Qaraciyər Araşdırmaları Birliyinin, Amerika İnfeksion Xəstəliklər Cəmiyyətinin üzvüdür.

Təhsil:


  • 2003-2009. Azərbaycan Tibb Universiteti, Müalicə Profilaktika Fakultəsi
  • 2009-2010. Yoluxucu Xəstəliklər ixtisası üzrə İnternatura Kursu
  • 2010. Türkiyə, Samsun, 19 Mayis Universiteti Enfeksiyon Hastalıkları Kursu
  • 2011. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi, Hərbi Həkim kursu
  • 2015. Bioloji Əməkdaşlıq Proqramı, ABŞ`ın təşkilatçılığı ilə, Xüsusi Təhlükəli Patogen İnfeksiyaların Tanınması kursu, Təlimçi Kennedy Gauger.
  • 2019-2020. Türkiyə, İstanbul, Marmara Universiteti Xəstəxanasında Staj Proqramı
  • 2022. Türkiyə, Ankara. Gülhane Tibb Akademiyası. İnfeksion Xəstəliklərə Nəzarət Proqramı

Müalicə etdiyimiz Xəstəliklər:


  • Hepatitlər (A, B, C, D)
  • Qaraciyər xəstəlikləri
  • Sarılıq Xəstəlikləri
  • Qızdırmalı xəstəliklərin differensial diaqnostikası və müalicəsi
  • Kəskin respirator virus infeksiyaları
  • Koronavirus infeksiyası
  • Pnevmoniyalar
  • Bruselyoz
  • Sidik yolları infeksiyaları
  • Cinsi infeksiyalar
  • Qurd xəstəlikləri
  • Parazitar xəstəliklər
  • İshallar (infeksion)
  • Digər infeksion xəstəliklər

Faydalı Linklər:


HEPATİT C HAQQINDA HƏR ŞEY 

HEPATİT C NEDİR? 

HEPATİT B   

HEPATİTLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT