DOKTORTİME

PROFESSİONAL ELMİ-TİBBİ PLATFORMA

Köpün Səbəbi Budur

Köp bir axşam yeməyi partisində istənməyən qonaq kimi hiss etdirə bilər. Yemək yedikdən sonra özünüzü balon kimi hiss edirsinizsə və ya qarın nahiyəsində heç vaxt acmayacaqsınız kimi hiss etdirən ağırlıq hissi varsa bu köplə əlaqəlidir. Köp mədə-bağırsaq traktında qazların normadan artıq əmələ gəlməsi və ya əmələ gələn qazların çıxa bilməməsi ilə əlaqəlidir. Bu videoda köp probleminin səbəblərini və bundan xilas olma yollarını göstərəcəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, çünki sağlamlıqla əlaqəli problemlərə peşəkar yanaşmalar bizim kanalımızdadır. 

Qazlar həzm prosesində əmələ gəlir.
Həzm olunmayan karbohidratlar (lobya, mərcimək, gül kələm kimi lifli qidalar) yoğun bağırsaqda bakteriyalar tərəfindən ferment təsirinə məruz qalaraq hidrogen (H₂), metan (CH₄) və karbon qazı (CO₂) kimi qazlara çevrilir. Bir sıra düzgün olmayan qidalanma vərdişləri həzm traktında qazların həddindən artıq əmələ gəlməsinə səbəb olur.

Qaz əmələ gətirən qidaların yeyilməsi köp yaradır. Qazlı içkilər, lobya, kələm, brokkoli, soğan kimi qidalar bağırsaqda qaz əmələ gətirir. 🥦🥤

Odur ki, qazlı içkilərdən və köp yaradan qidalardan uzaq olmaq kömək edə bilər. 

Aerofagiya:

Tələskən insanların yemək yeyən və danışan zaman fərqində olmadan udduqları hava mədə və bağırsaqlarda toplanır. Bu da köp əmələ gətirir. Buna tibbdə aerofagiya deyilir. Belə şəxslərin hava udmaq vərdişini tərgitmələri köp problemini tamamilə aradan qaldıra bilər.

Dysbioz və ya SIBO: Bakterial disbalans və ya nazik bağırsaqda həddindən artıq bakteriya artımı qaz istehsalını artırır. Bu da köp və diskomfort hissinə səbəb olur. Əgər bu problem varsa dərmanlarla və xüsusi antibiotiklərlə müalicə aparılır. 

Bunlardan başqa qazın çıxmasının pozulması da köp, diskomfort və ağırlıq hiss etmənizə səbəb ola bilər:

Qəbizlik: 

Bağırsaq möhtəviyyatının irəliləməsi yavaşladığı üçün qazların xaric edilməsi də gecikir və bağırsaqlarda toplanır. Qəbizlik probleminiz varsa onu təcili həll etməyiniz lazımdır.

 Həzm problemləri: 

Laktoza dözümsüzlüyü, gluten həssaslığı və ya qıcıqlanmış bağırsaq sindromu (IBS) kimi vəziyyətlər şişkinliyi və köpü artıra bilər. Bu mədə-bağırsaq problemləridir və müalicə olunması lazımdır. Laktoza dözümsüzlüyü süd içənlərdə köp və ishala səbəb olur. Gluten həssaslığı çörək və un məmulatları yeyənlərdə onların tərkibində olan qlutenin təsirindən qarında köp və narahatlıq yaranır.  

Stress: 

Bəli, stress də həzm prosesini və bağırsağın peristaltik hərəkətini poza və qaz yığılmasına səbəb ola bilər. 😓
Hərəkətsizlik: 

Az hərəkət etmək bağırsaqların işini ləngidə, bağırsaqlarda olan qazın xaric olmasını çətinləşdirir. Günlük piyada hərəkəti artırmaqla qazların xaric olmasını artırmaq olar.
Köp yaranmasında əsas səbəblər bunlardır, ancaq və lakin məsələ insan orqanizmində bu qədər sadə deyil. Qarında köp və şişkinlik hissi bəzən qarında qaz olmadan da sinir sisteminə bağlı subyektiv bir hiss kimi müşahidə oluna bilər. Yəni əslində qarında meteorizm yoxdur amma siz köp var kimi hiss edirsiniz. Məsələ burasındadır ki, bağırsaq və sinir sistemi bir-birilə əlaqəlidir. Buna beyin-bağırsaq oxu deyilir. Bağırsaqların gərilməsinə qarşı visseral həssaslıq yaranıbsa şəxs az miqdarda qaz olsa belə böyük köp varmış kimi hiss edə bilər. 

Bəzi şəxslərdə xaricdən qarnın aşağı hissəsində sağ ya da sol tərəfdə kənardan görünən şişkinlik meydana çıxır. Bunun səbəbi tam olaraq beyin-bağırsaq oxunda baş verən pozulmalarla əlaqəlidir. Buna səbəb də adətən əsəbilik və stress olur.

Nə Edə Bilərik?

Köp problemindən xilas olmağın yolları onu əmələ gətirən faktorların aradan qaldırılmasıdır. Bunlar barədə yuxarıda danışdım. Qısaca üzərindən bir daha keçmək istəyirəm.
Qidalanmaya diqqət: Qaz yaradan qidalardan-qazlı içkilər və ya çox şəkərli qidalar, qaz yaradan mərci, lobya, noxud kimi birkilərdən uzaq durun. Bunun əvəzinə zəncəfil, nanə çayları və ya kefir kimi həzmi asanlaşdıran qidaları seçin. 🫚
Yavaş-yavaş yeyin: Yeməyi yaxşı çeynəyin və kiçik loxmalarla yeyin.
Su için: Gündə ən az 1.5-2 litr su içmək həzmi yaxşılaşdırır. 💧
Hərəkət edin: Yeməkdən sonra qısa bir gəzinti bağırsaqlarınızı aktivləşdirəcək. 🚶‍♂️
Yogurt və ya probiotik əlavələr bağırsaq florasını balanslaşdıra bilər.
ilk 15 gün bir listə tutun və ora yediyiniz qidaları və yedikdən sonra köplə bağlı narahatlıq olub olmadığını qeyd edin. Bununla sizə hansı qidaların köp verdiyini və hansı qidaların rahat hiss etdirdiyini aydınlaşdırmış olacaqsınız. 

Beləliklə dostlar köp insanı kifayət qədər narahat edən bir məsələdir, amma düzgün qidalanma və sadə həyat tərzi dəyişiklikləri ilə bu problemi azaltmaq mümkündür. 💪 Əgər sizin köp problemini aradan qalıdrmaqla bağlı xüsusi üsulunuz varsa şərhlərdə bizimlə paylaşın 😊 Videonu bəyəndinizsə, like düyməsini basın, kanalımıza abunə olun! Növbəti videoda görüşənədək, özünüzə yaxşı baxın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir