XƏBƏRLƏR

Piylənmə Sürətlə Artır

Yeni bir araşdırma dünyada 1 milyarddan çox insanın piylənmə ilə yaşadığını təxmin edir. Piylənmə tibbdə artıq çəki hesab olunur.
Lancet tibb jurnalında dərc olunan araşdırmada hər səkkiz nəfərdən birinin piylənmə problemi olduğu bildirilib. Tədqiqatçıların fikrincə, 2022-ci ildə yetkin şəxslərin təxminən 43%-i artıq çəkidən əziyyət çəkəcək.
Tədqiqat göstərir ki, bütün dünyada böyüklər arasında piylənmə 1990-cı ildən bəri iki dəfə artıb. Eyni dövrdə 5-19 yaş arası gənclərdə piylənmə əmsalı 4 dəfə artıb.
Piylənmə sağlamlıq problemlərinin və vaxtından əvvəl ölümlə güclü şəkildə əlaqələndirilmişdir.
Lancet-in məlumatına görə, tədqiqatçılar 222 milyon insanı əhatə edən məlumatlardan istifadə ediblər.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, araşdırmanın “erkən yaşdan yetkinliyə qədər piylənmənin qarşısının alınması və idarə olunmasının vacibliyini müəyyən etdiyini” söylədi.
ÜST bildirir ki, 2022-ci ildə Ümumdünya Səhiyyə Assambleyasında üzv dövlətlər piylənmə ilə mübarizə üzrə agentlik planını qəbul ediblər. İndiyə qədər 31 hökumət planın məqsədlərinə çatmaqla piylənmənin azaldılmasında liderlik edir.
Bura hökumətlərin uşaqlara zərərli qida və içkilərin “zərərli” marketinqi ilə bağlı yeni qaydaların qəbul edilməsi, məktəb və qidalanma siyasətinin təkmilləşdirilməsi, sağlam qidaların qiymətlərinin aşağı salınması, əhalinin sağlam qidalanma və idmanla bağlı məlumatlılığının artırılması, məktəblərdə fiziki fəaliyyət tələblərinin gücləndirilməsi daxildir.
Imperial College-dən Ezzati qeyd edib ki, bir çox zəngin ölkələrdə piylənmə nisbətləri artmır, inkişaf etməkdə olan ölkələrdə isə bu nisbət sürətlə yüksəlir. O qeyd edib ki, bəzi ölkələrdə “ikiqat yük” adlandırdığı qidalanma problemi ilə üzləşən çoxlu sayda artıq çəkili insanlar var.
ÜST-dən Françesko Branka deyib: “Keçmişdə biz piylənməni zənginlərin problemi hesab edirdik. Piylənmə bütün dünyanın problemidir”.
Bu tədqiqat 2017-ci ildən bəri mövzu ilə bağlı ilk böyük hesabatdır və bu hesabatda 1500-dən çox alim iştirak edib. Həmin hesabatda beş yaşdan yuxarı təxminən 774 milyon insanın piylənmə ilə yaşadığı təxmin edilir.
Piylənmənin pəhriz və fiziki hərəkətlə qarşısını ala bilməyənlərin dərman preparatları və ya cərrahi əməliyyat kimi tibbi müdaxilələrin olunması tövsiyə olunur.

Herpes Virusları Nədir?

Herpes virusları insanlar arasında geniş yayılmış viruslar qrupudur. Herpesviridae ailəsinə məxsus bu viruslar müxtəlif xəstəliklərə səbəb olur və bir dəfə yoluxduqdan sonra ömür boyu orqanizmdə qalır. Sadə herpes virusları (HSV-1 və HSV-2) hər kəs tərəfindən yaxşı tanınır və 1-ci tip sadə herpes virusu ağız bölgəsində və dodaqda, 2-ci tip sadə herpes virusu isə genital nahiyədə ağrılı səpkilərə səbəb olur. Hər iki virus kontakt yolu ilə yoluxur.

Epstein-Barr Virüsü (EBV), genellikle genç yetişkinleri etkileyen ve “öpücük hastalığı” olarak da bilinen bulaşıcı mononükleoza neden olur. EBV aynı zamanda Hodgkin olmayan lenfoma gibi bazı kanser türlerine de katkıda bulunabilir.
Hamının yaxşı tanıdığı su çiçəyi xəstəliyinin törədicisi də herpes viruslarıdır. Bu 3-cü tip herpes virusu olan varicella zooster virusudur. Bu virus adətən uşaqlıq dövründə yoluxur və xüsusi səpkilərlə və qızdırma ilə müşahidə edilən su çiçəyi xəstəliyi əmələ gətirir. Ancaq digər herpes virusları kimi bədəndən çıxmır, xəstəlik sağalsa da virus sinir toxumasında gizli şəkildə qalır. İllər sonra immun sistemi zəiflədiyində kəmərləyici dəmrov xəstəliyi törədir. Bu xəstəlik ağrılı səpkilərlə müşahidə edilir.
Bu viruslar qrupunun digər nümayəndəsi – Epstein-Barr Virusu (EBV) adətən uşaqları və gəncləri xəstələndirir. Bu virus “öpüş xəstəliyi” olaraq da bilinən infeksion mononükleoz xəstəliyinə səbəb olur. Uşaqlarda angina, limfa düyünlərinin, qaraciyər və dalağın böyüməsi, qızdırma simptomları ilə gedir. EBV həmçinin Qeyri-Hodgkin limfoma kimi bəzi xərçəng növlərinə də kömək edə bilər.

Sitomegalovirus (CMV), Herpesviridae ailəsinin digər üzvüdür və dünya çapında yayılmış infeksiyadır. CMV infeksiyası adətən simptomsuz gedir. Bu infeksiya opportunistik infeksiyadır və immun sistemi zəiflədikdə inkişaf etməyə başlayır. Orqan köçürülən xəstələr, HİV xəstələrində və digər immun sistemi zəifləmiş xəstələrdə xəstəlik əmələ gətirir. Bundan başqa hamilə qadınlar bu virusa yoluxarsa anadan dölə yoluxma baş verir. Bu zaman yenidoğulmuşda karlıq və digər inkişaf pozğunluğuna səbəb olan anadangəlmə SMV infeksiyası inkişaf edir.

Herpesviridae ailəsi həm də daha az bilinən Human Herpesvirus 6 ve 7 (HHV-6, HHV-7) növlərinə də malikdir. Bunlar uşaqlarda muvafiq olaraq 6-cı və 7-ci xəstəlik törədir. Human Herpesvirus 8 (HHV-8) ise daha nadir görülür ve Kapoşi sarkoması adlı xərçəng növünə yol açır.

  • Herpes Simplex Virus Tip 1 (HSV-1): Uçuq olaraq bilinən xırda suluqcuqlu səpkilərə səbəb olur. Dodaq uçuqlaması deyilən səpkiləri bu viruslar törədir
  • Herpes Simplex Virus Tip 2 (HSV-2): Genital herpes olaraq bilinen infeksiyaya səbəb olur.
  • Varicella Zoster Virusu (VZV): Suçiçəyi və ya kəmərləyici dəmrov xəstəliklərinə səbəb olur
  • Epstein-Barr Virusu (EBV): İnfeksion Mononukleoz (“öpüş xəstəliyi” kimi də tanınır) və bəzi xərçəng növlərinə də səbəb olduğu fikirləri də var.
  • Sitomegalovirus (SMV): Xüsusən immun sistemi zəif şəxslərdə ciddi infeksiyalara səbəb olur. HİV xəstələri, hamilə qadınlar, onkoloji xəstələr, kimya terapiyası alanlar, orqan köçürməsi edənlər və s. bu virus tərəfindən xəstələnə bilərlər.
  • Human Herpesvirus 6 (HHV-6): Əsasən uşaqlarda görülən ve yüksək qızdırma daha sonra roseolyoz səpkiyə səbəb olan 6-cı xəstəlik kimi bilinən infeksiya törədir.
  • Human Herpesvirus 7 (HHV-7): HHV-6’ya bənzər şəkilde rozeola xəstəliyinə səbəb olur.
  • Human Herpesvirus 8 (HHV-8): Kapoşi sarkoması olaraq bilinən xərçəng xəstəliyinə səbəb olur.