DOKTORTİME

PROFESSİONAL ELMİ-TİBBİ PLATFORMA

Bədən Ağrılarımızın Səbəbi Budur!

Əzələlər və sümüklər…
Bizi ayaqda saxlayan, hərəkətə gətirən, həyatımıza güc və dayaq verən görünməz bir orkestr kimidir.
Amma bəzən bu orkestr səssizcə pozulur…
Ağrılar başlayır…
Həyatımıza səssizcə daxil olan, gecələr yuxumuzu qaçıran, gündüzləri isə yorğunluq verən xroniki əzələ-skelet ağrıları bizimlə birlikdə yaşamağa başlayır.

Son vaxtlar bədənimizdə olan ağrılar daha da artmaqdadır. “Bugün dünyada milyonlarla insan bel, ayaq, çiyin, boyun ağrılarından əziyyət çəkir.
Bəs sümük-əzələ sistemimiz niyə daşıdığı yükdən şikayət edir? Bu ağrılar haradan qaynaqlanır? Gəlin bunu araşdıraq…

🔬 Əzələ Ağrısının Fiziologiyası

Əzələ ağrısı, əzələ liflərinin mikroskopik səviyyədə zədələnməsi ilə başlayır.
Əzələlərimiz işlədikcə hüceyrələr enerji sərf edir.
Amma bu enerji sərfiyyatı qeyri-düzgün və ya həddindən artıq olarsa əzələlər zədələnir.

Bu zaman əzələ daxilində kiçik cırılmalar və iltihabi reaksiya meydana gəlir.
Şişkinlik, istilik və ağrı – bunlar bədənin siqnallarıdır.

Orqanizm yaranı bərpa etməyə çalışır, ağrı isə bir xəbərdarlıq kimi beynə ötürülür.

📍 Xroniki Ağrının Səbəbləri

Xroniki əzələ-skelet ağrıları müvəqqəti bir travmadan fərqlənir.
Həftələrlə, aylarla, bəzən illərlə davam edə bilər.

Bu ağrıların səbəbini aşkar etmək təəssüf ki, elə də asan olmur. Ağrılar bir çox səbəbdən qaynaqlanır.

Duruş pozğunluqları

Psixoloji stress və gərginlik

Hərəkətsizlik və ya çox oturma

həddindən artıq fiziki yüklənmə

Keçirilmiş travmalar

İltihabi proseslər: Polimiozit, Artrit, Revmatik xəstəliklər

Bruselyoz kimi infeksion xəstəliklər. Xüsusilə xroniki bruselyoz uzun müddətli əzələ-oynaq ağrılarına səbəb olmaqla bezdirici xarakterlidir. Bruselyozla əlaqəli kanalımda ayrıca video var.

Xroniki xəstəliklər: Fibromialgiya, Artrozlar, disk yırtıqları…

Bəzən ağrı yalnız fiziki deyil – zehinsel bir reaksiyadır. Stress altında olan bədən davamlı gərginlik vəziyyətində qalır. Bu isə zamanla ağrının daimi hal almasına səbəb olur.

Ağrını müalicəsi onun arxasında yatan səbəbkar faktoru tapıb aradan qaldırmaqla olur. Əks halda müalicə effektsiz olur və ağrıyan şəxs ağrıkısicilərdən asılı hala gəlir.

🌿 Ağrıya Qarşı Yeni Yanaşmalar

Artıq ağrı ilə mübarizə təkcə dərmanlarla yox, bütüncül yanaşmalarla aparılır.
Fizioterapiya, uyğun məşqlər, balanslı qidalanma, stressin idarə olunması və bədənin düzgün hərəkəti – bunların hamısı bir sistem kimi işləyir. Dərman müalicəsinə gəldikdə isə ağrıkəsici, iltihab əleyhinə və əzələ spazmını aradan qaldırmaqla rahatlamaya səbəb olan həblər, iynələr və mazlar istifadə oluna bilər. Əgər əzələ ağrısına səbəb olan spesifik bir prosesdirsə həmin xəstəliyə qarşı səbəbə yönəlik müalicə başlanılır.

Unutmayaq:
Ağrı, bədənimizin bizə nəsə deməyə çalışdığının bir işarəsidir.
Bu siqnalı dinləmək, başa düşmək və düzgün addımlarla cavab vermək – sağlam həyata atılan ən önəmli addımdır.

🧠 Nəticə

Əzələləriniz və sümükləriniz – həyat boyu sizin yoldaşınızdır.
Onlara qulluq edin, səsinə qulaq asın. Çünki ağrı, sadəcə bir şikayət deyil – bir xəbərdarlıqdır.

Və hər xəbərdarlıq – dəyişikliyə bir çağırışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir