QARACİYƏR PİYLƏNMƏSİNİN ƏSAS SƏBƏBİ BUDUR
Bu gün sizə çox maraqlı və önəmli bir mövzudan danışmaq istəyirəm: “Bir maddə var ki, bu, qaraciyərimiz üçün çox təhlükəli hesab olunur. Bunu demək olar ki, hər gün qəbul edirik, bu da qaraciyərimizin piylənməsinə gətirib çıxarır. O, həm qidalarda, həm də içkilərdə mövcuddur. Bu maddə — fruktozadır. Fruktoza niyə qaraciyər yağlanmasının əsas səbəbi hesab olunur? Gəlin, bunu araşdıraq!”
Fruktozanın təhlükəsi nədir?
Biz fruktozanı çox vaxt şirin içkilərdən və işlənmiş qidalardan qəbul edirik. Hər dəfə dadlı tortlar, şirniyyatlar yeyəndə, əslində onların əsas ləzzət mənbəyi fruktozadır, Fruktoza yeyəcəklərə və içkilərə ləzətli dad verir və onların raf ömrünü uzadır. Bu maddə qarğıdalı nişastası və ya qarğıdalı siropu ya da şəkər siropunun tərkibində qidalara qatılır.
Amma Fruktoza göründüyü qədər məsum deyil.
Əsas problem budur: fruktoza bədənimiz tərəfindən enerji kimi istifadə olunmur! Əksinə, o, qaraciyərdə yağlara çevrilir. Bu yağların toplanması isə milyonlarla insanın əziyyət çəkdiyi qaraciyər piylənməsinə səbəb olur.
Bəs qlükoza ilə fərqi nədir?
Qlükozadan fərqli olaraq, fruktoza insulini oyatmır. Bu da o deməkdir ki, bədənimiz doyma siqnalını almır və biz yeməyi dayandırmırıq! Nəticədə, fərqinə varmadan daha çox fruktoza qəbul edirik.
Nə etməliyik?
Yüksək fruktozalı qarğıdalı siropu saxlayan işlənmiş qidaları və şirinləşdirilmiş içkiləri azaltmaq qaraciyər sağlamlığı üçün olduqca vacibdir. Məsələ əslində çox sadədir: Marketlərdə satılan və bişirilən şirniyyatları və şirin içkiləri tükətməyin! Bunun əvəzində bu məhsulları ev şəraitində hazırlayın.